Mercedes-Benz
Mercedes-Benz Azərbaycanda
 
 
 
 
Yeniliklər / Xəbərlər

Yeni E Class kampanyası
Bazar ertəsi, Avqust 02, 2010

S-Class

Avgust ayının 1-dən 31-ə kimi E Class avtomobillərini özəl şərtlərlə bizim avtomobil mərkəzlərindən əldə edə bilərsiniz. Daha ətraflı məlumat almaq üçün AutoStar Kaukasus şirkətinin satış mərkəzini ziyarət edə və ya telefon ilə əlaqə yarada bilərsiniz. Daha ətraflə məlumat üçün bizimlə əlaqə saxlayın.

 

Avqust ayının 1-dən etibarən COUNTDOWN loqotipli endirim kartı təqdim olunacaq.
Bazar ertəsi, Avqust 02, 2010

S-Class

Avqust ayının 1-dən etibarən Autostar Kaukasus şirkətinin şourumundan avtomobil əldə edən hər bir müştəriyə dünyanın 34 ölkəsində qüvvədə olan COUNTDOWN loqotipli endirim kartı təqdim olunacaq.Bu kart bizim müştərilərimizə Azərbaycanın daxilində və xaricində çox geniş spektrli ticarət,iaşə,istirahət və s. mərkəzlərində 3%- dən 50%- ə dək endirim qazandırır.Bundan əlavə və ən əsası - şourumumuzdan əldə etdiyiniz Mercedes-Benz avtomobilinin ASK-nın servisində təmiri 10% güzəştlə həyata keçiriləcəkdir. Ətraflı məlumatı və habelə COUNTDOWN və AutoStar Kaukasus-un təqdim etdiyi endirimli müəssisələr, şirkətlər, hotellər, restoranlar, butiklər və s. kataloqunu www.countdown.ru internet saytında əldə edə bilərsiniz.

 

Artıq Mercedes-Benz avtomobillərini kreditlə əldə edə bilərsiniz
Çərşəmbə, Noyabr 05, 2009

S-Class

Azərbaycanda Mercedes-Benz avtomobillərinin  baş distribütoru olan AutoStar Kaukasus şirkəti YapiKredi Bankı ilə birgə hər növ Mercedes-Benz avtomobillərini əlverişli kredit şərtləri ilə alınmasına imkan yaradır. Hər bir şəxs çox tez bir zamanda seçdiyi Mercedes-Benz markalı avtomobilini kreditlə əldə edə bilər. Bu əlverişli kredit kompaniyasına görə hər bir Mercedes-Benz avtomobil həvəskarı seçdiyi modeli ilkin ödəniş 30% olmaqla 1-illik-16%, 2-illik -17% və  3-illik -18% kreditlə əldə edə bilər. Daha ətraflı məlumat almaq üçün AutoStar Kaukasus şirkətinin satış mərkəzini ziyarət edə və ya telefon ilə əlaqə yarada bilərsiniz. AutoStar Kaukasus şirkətinin təcrübəli satış mütəxəsisləri Sizə kredit kompaniyası və Mercedes-Benz avtomobilləri haqqında hər növ məlumat verməyə hazırdirlar. Həmcinin bizim internet səhifəmizdə www .mercedes-benz.az  hər növ Mercedes-Benz avtomobilləri haqqinda məlumat əldə etmək mümkündür.

 

“Buta Palacе” sarayında Yeni E-Class modelinin təqdimat mərasimi keçirildi.
Çərşəmbə axşamı, Aprel 13, 2009

S-Class

Aprelin yeddisi “Buta Palacе” sarayında yeni nəsil Mercedes-Benz E-Class modelinin rəsmi təqdimat mərasimi keçirildi. Tədbir Mercedes-Benz  Baş Distribütoru AutoStar Kaukasus şirkəti tərəfindən təşkil olunmuşdur.
Yeni modeli təqdim edərkən, AutoStar Kaukasus şirkətinin Baş Direktoru  Yoaxim Trenkle demişdir: “Biz şadıq ki, bu modeli Azərbaycanda təmsil etmək bizə nəsib olub. Mən əminəm ki, yeni E-Class modeli də Azərbaycanda sələfləri kimi məşhur olacaq. Çünki bu avtomobil öz sinfində qalib olmaq üçün yaranıb”.

Yeni Mercedes-Benz Е-Class – hərtərəfli təhlükəsizlik, maksimal komfort və  yanacağa 23% qənaət.
E-Class avtomobilinin yeni versiyasını təqdim edərkən, Mercedes-Benz mütəxəssisləri özündə təhlükəsizlik, komfort və ekoloji baxımdan ən qabaqcıl olan seqmentin etalonunu təyin edirlər.
Sürücüyə effektiv və təhlükəsiz avtomobil idarə etməkdə dəstək olan unikal sistemlər kombinasiyası ilə seçilən bu sedan Mercedesin  lüks sinifli avtomobillər seqmentində liderliyini daha da möhkəmləndirir. Məsələn, sürücünün yorğunluğunu təyin edə bilən ATTENTION ASSIST sistemini, ADAPTIVE HIGHBEAM ASSIST adaptiv ön işıqlandırma sistemini, sürət məhdudiyyəti nişanlarını təyin edə bilən SPEED LIMIT ASSIST sistemini və qəza təhlükəsi olan anda bütün lazımi təhlükəsizlik sistemlərini aktivləşdirən PRE-SAFE kompleksini qeyd etmək olar.

Bütün yol boyu rahatlığı təmin etmək bacarığı E-Class avtomobillərinin özünəməxsusluğudur. Bu xüsusiyyət yeni sedanda Mercedes-Benz mütəxəssislərinin səyləri nəticəsində ilk növbədə möhkəmliyi 30% artan kuzovun qabaqcıl konstruksiyası, optimallaşdırılmış oturacaqların və yol şəraitinə avtomatik uyğunlaşan amortizatorları olan asqının hesabına  daha yüksək səviyyəyə qaldırılmışdır. Əlavə avadanlıq kimi təklif olunan pnevmoasqı indi elektronika ilə tənzimlənə bilər.

Yeni E-Class sedanının təhlükəsizliyi və komfortu kimi ekoloji göstəriciləri və qənaətçilliyi də yüksək səviyyədədir: yeni mühərriklərin yanacaq sərfiyyatı əvvəlkindən 23% az göstərici təşkil edir.

 

 
 
English Version | Əlaqə məlumatları | AutoStar Kaukasus © 2007